RU

Suriyada ələvilər də qiyamçılara DƏSTƏK VERDİLƏR

Suriyada hakimiyyəti devirən qiyamçılar ölkədən qaçan prezident Bəşər Əsədin doğulduğu Latakiyanın Qardaha şəhərinin ağsaqqalları ilə görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə "Reuters" xəbər yayıb.

Agentliyin məlumatına əsasən, ağsaqqallar yeni hökumətə dəstək bəyanatı imzalayıblar.

İslamçı nümayəndə heyətinə sünni qrupları "Heyət Təhrir əş-Şam" və Azad Suriya Ordusunun üzvləri daxil olub. Qardahda onlarla din xadimi, ağsaqqal və başqa insanlar onlarla görüşüblər. Bundan sonra Ələvi nümayəndələri dəstək bəyanatı imzalayıblar.

Bəyanatda Suriyanın dini və mədəni müxtəlifliyi vurğulanır. Sünni qrupların üzvləri sənədi imzalamayıblar.

Ələvi dininə etiqad edən suriyalılar (Bəşər Əsəd ailəsi onlara məxsusdur) təxminən 10%-ni təşkil edir və Latakiyada cəmləşib. Əhalinin təxminən 70%-ni sünni müsəlmanlar təşkil edir və ölkədə xristianlar, kürdlər və digər qrupların da böyük icmaları var.

Избранный
32
4
adalet.az

5Источники