RU

Azərbaycanda klub yaşamaq üçün bunu da etdi

II Liqada mübarizə aparan «Şəki Siti» bu gün 12-ci turun oyununa çıxacaq.

Doğma meydanda «Şimal»ı qəbul edəcəklər.

Yerli klub 2024-cü ilin son ev matçına hazırlıq görüb.

«Şəki Siti»nin prezidenti Elgün Hüseynov saytımıza bildirib ki, uzun müddətdir davam edən sponsor axtarışları nəticə verməyib.

«Bıçağın artıq sümüyə dirəndiyini» söyləyən funksioner sosial yönümlü müxtəlif aksiyalar keçirməklə, komandanı yaşatmağa çalışdıqlarını diqqətə çatdırıb.

«Futbol klubu bir şəhərin aynasıdır, gələcəyinə qoyulan investisiyadır. Şəkidə isə komandanın son iki ev oyununa etdiyi investisiya cəmi 200 nəfəri keçməyib.

200 min nəfərlik bir rayonda, tarixi və potensialı olan şəhər üçün bu rəqəm çox düşündürücüdür.

Hazırda futbol dünyada ən böyük iqtisadi gücə çevrilib. Biz niyə ondan faydalanmayaq?

Bu, sadəcə, bir oyun deyil, milyardlarla dollarlıq dəyəri olan bir sənaye, beynəlxalq arenada iqtisadiyyatı canlandıran əsas qüvvələrdən biridir. Oyunçuların transferlərindən tutmuş,

televiziya hüquqlarına, sponsorluqlara və stadionlara axışan milyonlarla azarkeşin istehlakına qədər, futbol qlobal bazarda ən geniş təsirə malik idman növlərindəndir.

Bütün böyük klublar bu yolları keçiblər. Heç biri sponsorla yaranıb, sona qədər eyni sponsorla davam etməyib.

Biz də bu işin içində olduqca, bu kimi hadisələrin baş vermə ehtimalı artırıq. Biz ən aşağı imkanlarla yaranıb, bu bir neçə ildə xeyli yol qət etmişik.

Çox da ciddi bir şey etməyə ehtiyac yoxdur. Komandamız istədiyimiz səviyyəyə çatana qədər ayda cəmi 1 dəfə 3500 insan bilet alsa, təkcə maliyyə çətinliklərini həll etmərik, həm də ən azı, turnir cədvəlində ilk «beşlik»də yer alarıq.

Ölkənin 5 şəhərindən biriyik, niyə futbolda 11-ci yerdə olaq?

Birbaşa stadiona gələ bilməyənlər onlayn bilet alaraq, komandamıza dəstək ola bilərlər».

SPORTİNFO.AZ

Избранный
36
sportinfo.az

1Источники