RU

ƏSƏDİN “ÖLÜM DÜŞƏRGƏSİ” – SEDNAYA – 70 min məhbus, amansız işgəncələr, kütləvi edamlar... + VİDEO

1970-ci ildən təzyiq altında Suriyada hakimiyyətdə olan Əsəd ailəsi 54 ildən sonra süquta uğrasa da, geridə böyük dağıntılar və xoş olmayan xatirələr qoydu. Aralarında uşaq, qoca və qadın da daxil olmaqla minlərlə insanı işgəncə, sürgün, bombardman və kimyəvi silahlarla məhv edən Əsəd ailəsinin məşhur Sednaya həbsxanası isə sözügedən rejimin zülmünün simvolik ünvanlarından birinə çevrildi.

“AzPolitika” xəbər verir ki, paytaxt Dəməşqdə, Əsədin sarayının 33 kilometrliyində yerləşən bu həbsxanada 70 mindən çox işgəncə və zülmə məruz qalan məhkumun saxlanıldığı iddia olunur.

Избранный
41
azpolitika.info

1Источники