RU

Vüqar Həşimovun partlayışda xəsarət alan atasının vəziyyəti necədir? - TƏBİB-dən AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mərhum şahmatçı Vüqar Həşimovun Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbi ilə xəsarət alan atası, 1949-cu il təvəllüdlü Qasım Həşimovun müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, hazırda Q.Həşimovun vəziyyəti ağır stabil olaraq qalır.
Məlumat üçün bildirək ki, hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb. Onun müalicəsi isə özəl klinikada davam edir.
Избранный
31
1
oxu.az

10Источники