Dünya son bir neçə gündür Suriya rejiminin süqutundan danışır. Baas dövrü cəmi 10 gün ərzində başa çatdığından Əsəd ailəsi ilə birlikdə Suriyanı tərk edərək Rusiyanın paytaxtı Moskvaya sığınıb.
İndex.az xəbər verir ki, Əsəd və ailəsi rejimi bitdikdən sonra on minlərlə suriyalı öz vətənlərinə qayıtmağa başlayıb.
Başda Türkiyədə yaşayan minlərlə suriyalı Dəməşq və Hələbə dönərkən, idarə HTS ilə davam edəcək.Suriyada Baas rejiminin süqutundan sonra Bəşər Əsəd Rusiyaya qaçarkən, özü ilə apardığı pulların miqdarı məlum olub.
Suriya rejiminin keçmiş kəşfiyyat məmurlarından olan Xalid Beyyenin açıqlamalarına görə, Bəşər Əsəd ölkəsindən 135 milyard dollar qaçırıb. Beyye bəyan edib ki, rejimin süqutundan əvvəl rejim daxilində Rusiyayönlü və İranın dəstəklədiyi komandanlıq səviyyələri arasında böyük qarşıdurma olub.
Hələb komandiri general Məhəmməd Safadlı ilə Rusiyaya yaxın olan general Süheyl Həsən arasında ilk ciddi gərginlik informasiya axınının kəsilməsinə və rejim qüvvələri arasında xaosa səbəb olub. Hələbdə nəzarətin itirilməsi ilə başlayan tənəzzül müxalifətin Dəməşqə doğru irəliləməsinin yolunu açdı.