RU

Ərdoğan Rutte ilə Suriyanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Ərdoğan Türkiyənin vətəndaş müharibəsinin ilk günündən bəri Suriyanın ərazi bütövlüyünün və sabitliyinin qorunmasını müdafiə etdiyini bildirib.

Prezident Suriyanın məhz xalq tərəfindən idarə edilməli olduğunu və Türkiyənin terrordan azad bir Suriya qurmaq üçün əlindən gələni etməyə davam edəcəyini vurğulayıb.

Избранный
22
2
axar.az

9Источники