RU

Beynəlxalq ictimaiyyət insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır - Ombudsman

Hazırda dünya ictimaiyyəti insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 10 Dekabr- Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycan da bu kimi ikili standartlardan əziyyət çəkir:

“Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın Ermənistanın işğalı altında olması, həmin ərazilərdə şəhər və kəndlərin, tarixi, mədəni abidələrin dağılması, bir çox flora və fauna növlərinin məhv edilməsi, torpaqlarımızın minalarla çirkləndirilməsi buna nümunədir".

Ombudsman bu il qəbulunun 76-cı ildönümünü qeyd edildiyi Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin dövlətlərin insan hüquqlarının müdafiəsi məsələsinə münasibətinin müsbət mənada dəyişməsinə səbəb olduğunu bildirib.

S.Əliyeva vurğulayıb ki, cari ildə insan hüquqlarının, xüsusilə də sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Tədbirdə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən "İqlim dəyişikliyi və insan hüquqları" mövzusunda elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Uşaq rəsm müsabiqəsində birinci yerə Xətai rayonu 3 saylı Uşaq Evindən Aybəniz Kərimovanın rəsmi layiq görülüb.

Избранный
15
7
redaktor.az

8Источники