Xocalı (20ha), Ağdərə (10ha) və Xocavənd (10ha) rayonlarının ərazisində təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib.
"Report"un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə "Təmiz Şəhər" ASC-nin Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
Onun sözlərinə görə, seçilmiş torpaq sahələrinin "Təmiz Şəhər" ASC-nin İstifadəsinə verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub göndərilib:
"Dövlət Komitəsi tullantı poliqonlarının yaradılması üçün Xocavənd və Xocalı rayonu ərazisində yerləşən torpaq sahəsinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə sərəncam verib. Ərazi ΑΝΑΜΑ tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənib".