RU

Analitik: "Suriya vətəndaş müharibəsinin yeni mərhələsi ilə üz-üzədir"

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yeni dövr başlayıb, lakin ölkəyə kimin rəhbərlik edəcəyi sualı hələ də açıq qalır. İlkin əlamətlər göstərir ki, rejimə qarşı son qiyamda əsas rol oynamış Heyət Təhrir əl-Şam (HTŞ) keçid hökumətinin aparıcı qüvvəsinə çevrilə bilər. HTS lideri Əbu Məhəmməd əl-Culaninin yaxın adamı mümkün baş nazir kimi nəzərdən keçirilir.

Qaynarinfo xəbər verir ki, "Le Beck International"ın analitiki Maykl Horovitz "Bild"ə açıqlamasında bu barədə danşıb.

"Bütün qruplar arasında Heyət Təhrir əl-Şam, şübhəsiz ki, Suriyanın və onun dövlət qurumlarının gələcəyini formalaşdırmaq üçün ən yaxşı fürsətə malikdir", deyə analitik bildirib.

Bununla belə, HTŞ-nin dominant qüvvə kimi aqressiv təşviqi Bəşər Əsədin devrilməsi ilə məşğul olan daha az radikal qrupların müqavimətinə səbəb ola bilər. Horovitz qeyd edib ki, HTS-in gələcək hərəkətləri ölkənin şimal-şərqindəki PKK/YPG  qüvvələri də daxil olmaqla müxtəlif müxalifət qrupları arasında daxili münaqişəyə səbəb ola bilər.

Məsələn, Dəməşqə hücumda iştirak edən bir çox üsyançılar HTŞ-yə böyük inamsızlıqla yanaşır.

2016-cı ildən Suriyanın şimalında nüfuzunu gücləndirən Türkiyə, ölkənin müharibədən sonrakı strukturunda əsas rol oynaya bilər. Türkiyə qüvvələri, o cümlədən Suriya Milli Ordusunun nəzarətində olan bölmələr bölgədəki mövcudluğunu və infrastruktur layihələrini genişləndirməyə davam edir. Bu da Ankaranı ölkədə nüfuz sahibi olmaq üçün əsas iddiaçılardan birinə çevirir.

"Hələlik mən deyərdim ki, Türkiyə Əsədin devrilməsinin açıq qalibi və Suriyadakı vəziyyətə təsir edə biləcək oyunçudur", deyə Horovitz yekunlaşdırıb.

Aydın

Избранный
27
38
qaynarinfo.az

10Источники