RU

Azərbaycanın qeyri-neft-qaz ixracı 3,1 mlrd. dolları ötüb

024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsulları 12,3% artaraq 923 milyon ABŞ dollarına bərabər olub.

Bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dekabr ayı üçün dərc etdiyi “İxrac icmalı”nda öz əksini tapıb.

    Məlumata görə, cari ilin 11 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixracı 65,4% artaraq 37,5 milyon ABŞ dolları, pambıq lifi 52,6% artaraq 170 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32% artaraq 25,5 milyon ABŞ dolları, qiymətli metallar 29% artaraq 189,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 19,6% artaraq 265,6 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 13,5% artaraq 64,4 milyon ABŞ dolları, çay 1,6% artaraq 6 milyon ABŞ dolları, qara metallar 1,9% artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar 1,5% artaraq 182,7 milyon ABŞ dolları təşkil edib.

    Ən sərfəli kredit üçün müraciət et

    Избранный
    79
    9
    banco.az

    10Источники