RU

Böyük Britaniya suriyalıların sığınacaq müraciətlərini dondurub

London, 10 dekabr, AZƏRTAC

Böyük Britaniya Suriyada yaranan qeyri-müəyyənlik səbəbindən suriyalı sığınacaq müraciətləri üzrə qərarları dayandırıb.

AZƏRTAC xəbər verir ki, Britaniyanın Daxili İşlər Nazirliyinin sözçüsü Suriyadakı hazırkı vəziyyəti qiymətləndirdiklərini, buna görə də suriyalı sığınacaq müraciətləri ilə bağlı qərarları müvəqqəti dayandırdıqlarını açıqlayıb.

Nazirliyin statistikasına görə, 2023-cü ildən 2024-cü ilin sentyabr ayına qədər olan dövrdə suriyalılar Böyük Britaniyada Pakistan, Əfqanıstan, İran və Banqladeşdən sonra ən çox sığınacaq müraciəti edən beşinci millət olub. Təxminən 99 faiz müraciət ilkin qərarda qəbul edilib.

Almaniya, Avstriya və İsveç kimi ölkələr də suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırmaq barədə qərar qəbul edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
29
2
azertag.az

3Источники