RU

Cənubi Koreya prezidenti həbs təhlükəsi ilə üz-üzə: Qanun qəbul edildi

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbsi haqqında qanun layihəsi qəbul edilib.

Publika.az xəbər verir ki, Cənubi Koreya Milli Assambleyası dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar prezident də daxil olmaqla 8 nəfərin dərhal həbs edilməsini tələb edən qanun layihəsini qəbul edib.

Koreya Respublikası hökuməti ölkə prezidenti Yolun hərbi vəziyyətin aradan qaldırılması təklifi ilə razılaşıb. Hərbi vəziyyətin tətbiqində iştirak edən Cənubi Koreyanın bütün hərbi qulluqçuları daimi dislokasiya yerlərinə qayıdıblar. Bütün hərbi qulluqçular geri çağırılıb və bazalarına qaytarılıb.

Həmçinin, prezidentin bəyanatından sonra hərbi vəziyyət komandanlığı ləğv edilib.

Избранный
25
publika.az

1Источники