Qış "transfer pəncərəsi"ndə Markus Reşford "Mançester Yunayted"dən ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plettenberq yayıb. 

Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" vingeri satmağa hazırdır. Klub bununla da maliyyə feyr-pleyi qaydalarına riayət etmək niyyətindədir.

Qeyd edək ki, Reşford bu mövsüm "Mançester Yunayted"in heyətində 23 matçda meydana çıxıb. Bu görüşlərdə 7 qol vurub, 3 məhsuldar ötürmə edib.