RU

Van gölü möcüzəsi: Niyə uşaqların saçı yayda saralır, qışda isə qaralır?

Türkiyənin şərqində yerləşən Van gölü sahilində yaşayan və yay aylarında gölün qazlı suyu ilə saçları sarıya boyanan uşaqlar qışın gəlişi ilə normal vəziyyətlərinə qayıdıblar.

Publika.az xəbər verir ki, Dəmirören Xəbər Agentliyi (DHA) xüsusilə gölün sahilində yerləşən Yaylıkaya məhəlləsinin sakinlərinin saç rəngindəki dəyişikliyi gündəmə gətirib.

Van Yüzüncü İl Universiteti tibb bölümü professoru Hatice Uce Özkol bu vəziyyətin Van gölündəki qazlı suyun ağartma təsirindən yarandığını bildirib:

"Havalar soyumağa başlayanda və uşaqlar gölə girmədikcə saçları normal rənginə qayıdır. Bu, birbaşa qazlı su ilə əlaqəlidir. Van gölünün suyu ağartma effektinə malikdir. Bu effekt dərinin üst qatını da götürür. Bu səbəbdən göldə çimənlər mütləq dərilərinə günəş kremi çəkməlidirlər”.

Избранный
49
6
publika.az

8Источники