RU

Türkiyə İsrailin Suriyada irəliləyişini qınayıb

Türkiyə İsraili Suriya ilə arasındakı tampon bölgəyə girərək irəliləməyə davam etməsini pisləyib.

Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib:

“İsrailin 1974-cü ildə imzalanan Qoşunların Çıxarılması Sazişini pozaraq, İsrail və Suriya arasındakı tampon bölgəyə daxil olmasını və Suriya ərazisində irəliləyişini sərt şəkildə qınayırıq”. 

Açıqlamada vurğulanıb ki, Suriya xalqının uzun illərdir həsrətində olduğu sülh və sabitliyə nail olma ehtimalının ortaya çıxdığı bu həssas dövrdə İsrail yenidən işğalçı zehniyyətini nümayiş etdirir.

“Suriyanın suverenliyi, siyasi birliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi qətiyyətlə təkrar edirik”, -deyə açıqlamada qeyd edilib.



Избранный
21
trt.net.tr

1Источники