"Liverpul"la Çempionlar Liqasının qalibi olan Nabi Keyta karyerasını Macarıstan "Ferentsvaroş"unda davam etdirəcək.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı oyunçu "ağ-yaşıllar"ın formasını icarə əsasında geyinəcək.
Qvineyalı futbolçu hazırda müqavilə ilə Almaniyanın "Verder" klubuna məxsusdur.
Qeyd edək ki, Keyta 2018-ci ildə "Liverpul"un heyətində UEFA Çempionlar Liqasında çempionluq sevinci yaşayıb.