RU

Rusiya qoşunları Suriyadakı iki bazanı tərk etdi

Rusiya qoşunları Suriyanın şimalında yerləşən bazalarını tərk edib.

Gundem.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Vaşinqton Post nəşri yazıb.

Nəşr qeyd edir ki, söhbət Menbiç və Kobanidəki iki hərbi obyektdən gedir.

“İlk baza əvvəllər ABŞ hərbçilərinə məxsus idi, 2019-cu ildə onlar getdikdən sonra Rusiya qoşunları tərəfindən ələ keçirildi. Rusiya hərbçiləri ərazidə patrul xidməti apararkən, buradan post kimi istifadə edirdilər. Kobanidəki baza Türkiyə-Suriya sərhədində atəşkəs razılaşmasına nəzarət etmək üçün istifadə edilib. Rusiya hərbçiləri Ankara və Moskva arasında 2020-ci ilin martında bağlanmış müqavilə çərçivəsində bura yerləşiblər”, - məlumatda bildirilib.

Избранный
25
7
gundem.az

8Источники