RU

Avropa Trampa qarşı-səbəb nədir?

Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Trampın andiçmə mərasimi Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen üçün çətinliklər yarada bilər.

KONKRET.az xəbər verir ki, bu barədə  “Politiko” nəşri məlumat yayıb. Avropalı diplomatlar deyirlər ki, seçilmiş Amerika lideri müdafiə xərclərini artırmaqdan imtina edən ölkələri tariflərlə hədələyə bilər. Almaniya da onların arasındadır.  Bu şəraitdə AK rəhbəri də problemlərlə üzləşəcək, çünki o, Ukraynaya gələcək yardım və Avropa İttifaqının (Aİ) iqtisadi inkişafı üçün mübarizə aparmalı olacaq.

“Trampın heç vaxt Aİ-yə xüsusi marağı olmayıb”. Fon der Leyenin fikrincə, Trampın Avropa mallarına gömrük rüsumları tətbiq etməklə hədələməsi və Ukraynanı dəstəkləmək mövqeyi Avropa İttifaqını birləşməyə məcbur edəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
23
konkret.az

1Источники