RU

Ermənistan-Türkiyə sərhədində görüş – Tərəflər nəyi müzakirə ediblər...

Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra nümayəndələrinin görüşü baş tutub.

Modern.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlardakı xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

“Ahurik/Akyaka dəmir yolu sərhəd məntəqəsinin istismarına imkan verəcək texniki ehtiyaclar qiymətləndirilib. Görüş müsbət və konstruktiv atmosferdə keçib”, - Rubinyan bildirib.

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç yayda keçirdikləri son görüşdə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələbləri birgə qiymətləndirmək barədə razılığa gəliblər.

Tərəflər bunu etimadı gücləndirməyə yönəlmiş addım hesab edirlər. Lakin iki ildən artıqdır ki, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı əldə edilmiş daha bir razılaşma hələ də kağız üzərindədir.
Buna baxmayaraq, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrda müsbət gözləntilərdən danışıb.

Rubinyan dəfələrlə bildirib ki, bu məsələdəki uğur Ankaranın siyasi iradəsindən asılıdır. Ermənistan təkcə əldə edilmiş razılaşmaların həyata keçirilməsini deyil, həm də ilkin şərt olmadan münasibətlərin tam şəkildə tənzimlənməsini gözləyir.

Bununla belə, Türkiyə Ermənistan-Türkiyə barışığının birbaşa Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı olduğunu gizlətmir. İki gün əvvəl Türkiyə  parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədri Fuat Oktay da eyni sözləri deyərək, “Zəngəzur dəhlizi”nin açılmasını və Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini sülhün bərqərar olması üçün vacib şərt adlandırıb.

“Nə qədər ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var, sabit sülhə nail olmaq mümkün deyil. Daimi sülhü təmin etmək və bu problemi gələcək nəsillərə buraxmamaq üçün Ermənistan Konstitusiyasının həmin maddəsi ləğv edilməlidir”, - Fuat Oktay vurğulayıb.

Избранный
64
36
modern.az

10Источники