Hava Keyfiyyəti İndeksi (AQI) məlumatları Banqladeşdə milyonlarla insanın sağlamlığını təhdid edən hava çirkliliyinin "təhlükəli" hesab edilən səviyyəsini qoruduğunu göstərdi.
SİA xəbər verir ki, “Dhaka Tribune” qəzetinin məlumatına görə, aparılan ölçümlərdə qeyd edilən və "çox sağlıqsız" kateqoriyasında olan 241 AQI dəyəri ilə paytaxt Dəkkə dünyanın ən çirkli hava keyfiyyətinə sahib şəhəri olub.Pakistanın Lahor şəhəri, Vyetnamın paytaxtı Hanoy və Hindistanın paytaxtı Yeni Dehli isə müvafiq olaraq 219, 194 və 191 AQI ilə siyahının ikinci, üçüncü və dördüncü yerlərində qərarlaşıb.
Dəkkədə hava keyfiyyətinin daha əvvəl də dünya üzrə ən pis səviyyəyə çatdığı bildirilmişdi. Uzun müddətdir hava çirkliliyi problemləri ilə mübarizə aparan paytaxt Dəkkədə hava keyfiyyəti adətən qış aylarında "sağlıqsız" vəziyyətə gəlir.