"Biz nüvə doktrinasını sərtləşdirmirik. Biz onu təkmilləşdiririk".
Redaktor.az xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının iclasında çıxışı zamanı deyib.
"Ümumiyyətlə, indi biz nüvə doktrinasını deyil, "Oreşnik"i təkmilləşdirməliyik. Oreşnik”in kifayət qədər olması faktiki olaraq nüvə silahından istifadə zəruriliyini aradan qaldırır", - o qeyd edib.
Putin izah edib ki, bu müasir silah sistemlərinin kifayət qədər olması nüvə silahından istifadəyə ehtiyac olmadığını göstərir.
Prezidentin sözlərinə görə, buna görə də Rusiya bütün istiqamətlərdə kifayət qədər ehtiyatlı və hətta təmkinli davranır.
"Lakin lazım olan yerlərdə həm dövlət səviyyəsində, həm də burada yaşayan, övladlarının da burada yaşamasını istəyən, Rusiyanı öz Vətəni hesab edən və onun möhkəmləndirilməsi üçün hər şeyi etməyə hazır olan Rusiya Federasiyası vətəndaşları səviyyəsində lazımi iradə nümayiş etdiririk", - o vurğulayıb.