RU

Toyuq ətindən hazırlanmış - Ciyər kotleti

Ciyər kotletini hazırlamaq üçün ərzaqlar:

  1. 500 q toyuq ciyəri
  2. 1 baş soğan
  3. 1-2 diş sarımsaq
  4. 1 yumurta
  5. 5 x.q. manna yarması
  6. duz, istiot
  7. bitki yağı (qızartmaq üçün)

Hazırlanma qaydası:

  1. Qaraciyəri, soğanı, sarımsağı kombaynda eynicinsli kütlə alınanadək xırdalayın, yaxud ət maşınında çəkin.
  2. Duz, istiot, yumurta vurun, qarışdırın.
  3. Manna əlavə edib qarışdırın, 30-40 dəqiqə saxlayın.
  4. Qızdırılmış tavada 1 x.q. olmaqla yağa salaraq hər iki üzünü qızardın.

Ciyər kotletinin hazırlanması çox sadədir. Yoxlamağa dəyər!

Yazar: İlk yazar

Избранный
64
ilk.az

1Источники