RU

Dəstəmaz necə alınmalıdır?

Dəstəmaz alarkən niyyət etmək vacibdir. Məsələn, niyyət edib desin ki, namaz qılmaq (və ya hər hansı ibadəti yerinə yetirmək) üçün dəstəmaz alıram qürbətən iləllah. ("illəllah" demək tam əks mə’na verir bu barədə diqqətli olmaq lazımdır.) Və bu iş Allahın əmrini yerinə yetirmək üçün olmalıdır, əgər başqa niyyətlə olarsa, məsələn, sərinləmək və ya özünü başqasına göstərmək üçün olarsa, batildir.

Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Başın qabaq tərəfinə və ayaqların üstünə məsh edilsin.

Dəstəmaz necə alınmalıdır?

Üzü yuyandan sonra əvvəlcə sağ əli, sonra isə sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır.

Dirsəyin tamamilə yuyulmasını yəqin etmək üçün bir az dirsəkdən yuxarı yuyulmalıdır.
Dəstəmazda üzü və əlləri yumaq birinci dəfə vacib, ikinci dəfə caiz, üçüncü və daha artıq dəfələrdə isə haramdır.

Əlləri yuduqdan sonra əldə qalan dəstəmaz suyu ilə başın qabaq tərəfinə məsh edilməlidir. Sağ əllə məsh edilməsi ehtiyat vacibdir. Yuxarıdan aşağı olması isə müstəhəbdir.

Dəstəmaz necə alınmalıdır?

Başın alın tərəfində olan dörd qismətdən biri məsh yeridir. Onun hər hansı yerinə, məsh qədərində çəksələr kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, uzunluğu bir barmağın uzunluğu, eni isə üç bağlı barmaq qədər məsh etsin.

Başı məsh etdikdən sonra, əldə qalan dəstəmaz suyu ilə ayaqlara–barmaqlardan birinin ucundan, ayağın üstündə olan çıxıntıya qədər məsh etməlidir.

Corabın və ya ayaqqabının üstündən məsh çəkmək batildir.

Yazar: İlk yazar

Избранный
42
ilk.az

1Источники