RU

Kobani yaxınlığında Suriya Milli Ordusu ilə YPG arasında toqquşma

Hələbdən sonra Mənbicin böyük hissəsini ələ keçirən Suriya Milli Ordusu Kobani çölünə girməyə başlayıb.

Turkustan.az xəbər verir ki,Mənbic və Kobani arasında yerləşən Tişrin bəndinə yaxın bölgədə qarşıdurmaların intensivliyi getdikcə artır.

Mənbicin böyük hissəsini nəzarətə götürən Suriya Milli Ordusu istiqamətini Kobaniyə çevirib. Kobani ilə Mənbic arasındakı çöldə yerləşən Tişrin bəndi yaxınlığında Suriya Milli Ordusu ilə YPG terror təşkilatı arasında şiddətli toqquşmalar gedir.

Tişrin bəndi və Karakozak kəndi yaxınlığında intensivləşən qarşıdurmalarda hələlik irəliləyiş əldə olunmayıb, lakin Suriya Milli Ordusunun hədəfinin Kobani şəhər mərkəzi olduğu düşünülür.

Digər tərəfdən, Mənbic şəhərinin bəzi bölgələrində tunellərə çəkilən YPG ünsürlərinin zərərsizləşdirilməsi üçün Mənbic şəhərində axtarış və yoxlama işləri davam edir.

Bildirək ki, YPG terror təşkilatının Fəratın qərbindəki varlığı Rakkada davam edir. Lakin Rakkadakı ərəb əhalisi etiraz aksiyaları ilə YPG terror təşkilatının şəhəri tərk etməsini tələb edir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
33
turkustan.az

1Источники