RU

Lukaşenko Əsəd haqqında danışıb

Belarus prezidenti Aleksandr Lukaşenko Suriyanın keçmiş prezidenti Bəşər Əsədin diktator olmadığını bildirib.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.

 

“Bəşər Əsəd necə diktatordur? O, ixtisasca həkimdir, mən onu çoxdan tanıyıram”, - Lukaşenko deyib.

 

Belarus lideri Suriyanın eks-prezidenti ilə yaxşı insani münasibətlərə malik olduğunu vurğulayıb.

 

Lukaşenko əlavə edib ki, o, təkcə Bəşər Əsədlə deyil, atası, Suriyanın əvvəlki lideri Hafiz Əsədlə də yaxşı tanışdır.

Belarus prezidenti siyasətçini “böyük” adlandırıb və bu gün Suriyada Cənab Əsədin abidələrinin dağıdılmasından təəssüfləndiyini bildirib. Lukaşenkonun sözlərinə görə, o, neft və digər sərvətlərlə zəngin “bu dövləti yaradıb”.

Çərşənbə axşamı, dekabrın 10-da Lukaşenko Suriyada yeni hakimiyyət orqanlarının respublika və Rusiya Federasiyası ilə münasibətləri kəsməyəcəyinə əmin olduğunu bildirib.

Əvvəllər Rusiya Federasiyası ilə Suriya arasında hava hərəkətinin dekabrın ortalarında bərpa ediləcəyi vəd edilmişdi.

 

Nigar

 

Избранный
37
oxu24.com

1Источники