RU

Polşada Azərbaycan qadınlarının ictimai-siyasi fəaliyyəti barədə dissertasiya yüksək dəyərləndirilib

Azərbaycan qadınlarının 1917-ci il sosialist inqilabından əvvəlki dövrdə ictimai-siyasi fəaliyyəti ilə bağlı elmi araşdırma ilk dəfə beynəlxalq aləmdə layiqli şəkildə dəyərləndirilib.

Bu barədə “Far.Az”un Ankara bürosuna Türkiyə vətəndaşı, əslən azərbaycanlı şərqşünas, filoloq, tərcüməçi Melaike Hüseyin bildirib.

Həmyerlimiz ingilis dilində yazdığı “Azərbaycan jurnalistikasının işığında qadınlarımızın sosial vəziyyəti” (1875-1920), (The Social Status of Women in Azerbaijan in the Light of Azerbaijani Journalism in the years 1875-1920” doktorluq dissertasiyasını Varşava Universiteti Tarix Kafedrası komissiyasının yekdil qərarı ilə müdafiə edib.

Doktorluq dissertasiyasında sözügedən dönəmdə Azərbaycan mətbuatında qadınlarla bağlı dərc olunan məqalələrlə yanaşı, maarifçi xanımların yazıları, o dövrün fəlsəfi cərəyanları araşdırılıb.

Müəllif Azərbaycanda ideoloji milli kimlik xüsusiyyətlərinin inkişafı işığında yaranan münbit şəraitə diqqət çəkib. Qadınların ictimai-siyasi, jurnalistika, xeyriyyəçilik fəaliyyətinin daha geniş vüsət aldığı, aztəminatlı ailələrin uşaqlarının təhsili, onların sonradan siyasətə qatılması kimi məsələlərdə qadınların rolu tarixi geniş araşdırılıb.

Dissertantın elmi rəhbəri Varşava Universitetinin professoru Jerzi Qrzybovski başda olmaqla, elmi işə rəy verən alimlər tərəfindən müəllifin tərəfsiz görüşü və interdisiplinar xüsusiyyətləri nəzərə alması yüksək qiymətləndirilib. Qeyd olunub ki, dissertasiyada sosialist inqilabından əvvəl Azərbaycan qadınlarının ictimai-siyasi fəaliyyəti ilə bağlı yer alan araşdırma və faktlar təqdirəlayiqdir.


Избранный
40
far.az

1Источники