RU

"Suriya terrorun yuvasına çevrilməməlidir..."

...Suriya terrorun yuvasına çevrilməməlidir Suriyanın yeni hakimiyyət orqanları ölkənin terror yuvasına çevrilməsinə və regiondakı qonşularını təhdid etmək üçün platforma kimi istifadə edilməsinə imkan verməməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında deyilir.

...Keçid prosesi və yeni hökumət, həmçinin azlıqların hüquqlarına tam hörmət etmək, bütün ehtiyacı olanlara humanitar yardımın çatdırılmasını asanlaşdırmaq, Suriyanın terrorizm üçün sığınacaq kimi istifadə edilməsinin qarşısını almaq və ya onlara təhlükə yaratmaqla bağlı açıq öhdəlikləri yerinə yetirməlidir. Qonşuları ilə əlaqə saxlamalı və istənilən kimyəvi və bioloji silahın lazımi qaydada saxlanmasını və təhlükəsiz məhvini təmin etməlidir.

Qeyd edək ki, bu Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı mətndə deyilir.

Blinken Vaşinqtonun Suriyadakı keçid prosesinə dəstəyini də dilə gətirib və ölkənin gələcəyini Suriya xalqının müəyyən etməli olduğunu vurğulayıb.

...Bütün ölkələr əhatəli və şəffaf prosesi dəstəkləmək öhdəliyi götürməli və kənar müdaxilələrdən çəkinməlidir, - deyən amerikalı diplomat ABŞ-ın Suriyanın gələcək hökumətini tanıyacağını və dəstəkləyəcəyini vurğulayıb.

Əli Babayev

Избранный
36
50
sia.az

10Источники