Nazirlər konfransında OPEC ölkələri Küveyt təmsilçisi Haysam əl-Qaysın təşkilatın baş katibi vəzifəsində səlahiyyət müddətini daha üç il uzadıb. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda təşkilatın bəyanatında bildirilib.Qeyd edilib ki, Haysam əl-Qaysın səlahiyyət müddəti 2025-ci il avqustun 1-də bitsə də, təşkilt onun daha üç il müddətinə uzadılması ilə bağlı qərar qəbul edib.Əl-Qays 2022-ci ilin avqustundan OPEC-in baş katibi vəzifəsini icra edir. Təşkilatın nizamnaməsinə görə, baş katib üç il müddətinə seçilir və yalnız bir dəfə yenidən seçilə bilər.OPEC-in bəyanatında o da qeyd olunur ki, qurumun növbəti nazirlər konfransı 2025-ci il mayın 28-də keçiriləcək. Bundan əlavə, 2025-ci ilin sentyabrında təşkilat Bağdadda yaranmasının 65 illiyini, həmçinin OPEC katibliyinin Vyanaya köçməsinin 60 illiyini qeyd edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта