RU

Qəddafi “Sıra sizə də gələcək” deyəndə, Əsəd gülmüşdü

Liviyanın devrilmiş prezidenti Müəmmər Qəddafinin 2008-ci ilin martın 29-da Suriyanın paytaxtı Dəməşqdə (Şam) Ərəb liderlərinin toplantısında etdiyi çıxışı yenidən gündəmə gəlib.

Publika.az xəbər verir ki, Qəddafi həmin çıxışı zamanı İraq lideri Səddam Hüseynin ölümünü misal çəkib bu ifadəni işlətmişdi:

“Səddamın başına gələnlər sizi də gözləyir. Sıra sizə də gələcək”.

Həmin vaxt Ərəb ölkələri liderlərinin gülüşləri salonda əks-səda verir.

Maraqlısı isə budur ki, təbəssümü ekranlara yansıyan siyasilərdən biri də bir neçə gün əvvəl Suriyada hakimiyyəti devrilən prezident Bəşər Əsəd olur.

Избранный
18
9
publika.az

10Источники