RU

Goranboyda həmyerlisini döyərək öldürən şəxsə hökm oxundu

Goranboy Rayon Məhkəməsində etiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən Mübariz Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim sonuncu keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.


Qeyd: 2023-cü il oktyabrın 30-da Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat daxil olub. Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.


Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb.


Mübariz Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.


Faktı üzrə Xocalı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Goranboy Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti verib.


Kamal Məmmədov 

Tarix: 11 Dekabr 2024, 09:26   
Избранный
20
2
pravda.az

3Источники