RU

Alimlər: “Bir milyard insan herpes daşıyıcısıdır”

Dünyada 15-49 yaş arasında olan təxminən 850 milyon insan əsasən cinsi əlaqə yolu ilə ötürülən herpesin daşıyıcısıdır.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə alimlərin cinsi yolla ötürülən infeksiyalar sahəsində araşdırmasında bildirilir. Həkimlərin təhlili göstərib ki, 376 milyon insan herpes virusu HSV-1, 519 milyon insan isə HSV-2 daşıyıcısıdır. Təxminən 204 milyon insan hər il ən azı bir infeksiya epizodu yaşayır. Araşdırmada o da bildirilir ki, hər il 16,8 milyon insan herpes virusu HSV-1, 25,6 milyon insan isə HSV-2 virusuna yoluxur. Mütəxəssislərin fikrincə, herpes virusunun bu formalarının yayılmasının qarşısını almağa yönəlmiş vaksinlərin və proqramların hazırlanmasına təcili ehtiyac var. Bu il İsveçin Uppsala Universitetinin alimləri aşkar ediblər ki, herpes simplex virusuna yoluxmuş insanlar heç vaxt bu virusa tutulmayanlara nisbətən demensiyaya yoluxma ehtimalı iki dəfə çoxdur.

Ehtimal olunur ki, virus Alzheimer xəstəliyinin inkişaf riskini artıra bilər, çünki virusun hissələri ömür boyu bədəndə qalır. Onların beyinə getdiyinə dair bəzi sübutlar var ki, burada demensiya üçün xarakterik olan beta-amiloid və tau zülallarının lövhələrinin əmələ gəlməsinə səbəb olur.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
34
editor.az

1Источники