RU

İranın Suriyadakı səfirliyi işini bərpa edib

Bəşşar Əsəd devrildikdən sonra Suriyanın paytaxtı Dəməşqdə İran hakimiyyəti səfirliyinin işini bərpa edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) teleqram kanalı yayıb.

Bildirilib ki, diplomatik missiya gündəlik adi iş rejimində fəaliyyət göstərir.

Xatırladaq ki, dekabrın 7-də İran səfirliyinin əməkdaşları təxliyə edilmişdi.

Başqa bir məlumata əsasən, Suriyadakı “Heyəti-Tahrire-Şam”ın rəhbəri Əbu Məhəmməd əl-Colani Qətər vasitəsi ilə Tehran hakimiyyətinə “ümumi islam prinsipləri əsasında” əməkdaşlıq etməyə çağırıb.

Избранный
17
7
operativmm.az

8Источники