RU

Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 4 milyard dollar təşkil edib

Bakı, 11 dekabr, AZƏRTAC

2024-cü ilin üçüncü rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisiti 4 milyard dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov 2024-cü ilin 3-cü rübü üzrə tədiyə balansının açıqlanmasına dair brifinqdə deyib.

O qeyd edib ki, cari əməliyyatlar hesabının ÜDM-də payı 7,2 faizini təşkil edib. Neft-qaz sektoru üzrə CƏH-in profisiti 11,1 milyard dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 7,1 milyard dollar olub.

 

Избранный
26
7
azertag.az

9Источники