RU

Üçüncü rübdə Azərbaycana daxil olan pul baratlarının həcmi 848,5 milyon dollar olub

Bakı, 11 dekabr, AZƏRTAC

Üçüncü rübdə Azərbaycana daxil olan pul baratlarının həcmi 848,5 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov 2024-cü ilin 3-cü rübü üzrə tədiyə balansının açıqlanmasına dair brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycana pul baratları daxil olan ilk beş ölkəyə Rusiya ( 411 milyon dollar), Türkiyə (130 milyon dollar), ABŞ (48 milyon dollar), Gürcüstan (27 milyon dollar) və BƏƏ (26 milyon dollar) daxildir.

Hesabat dövründə Azərbaycandan xaricə göndərilən pul baratlarının həcmi 408 milyon dollar olub. Belə ki, Türkiyəyə 118 milyon dollar, ABŞ-a 45 milyon dollar, Rusiyaya 41 milyon dollar, Gürcüstana 36 milyon dollar məbləğində köçürmələr olub.

Избранный
41
azertag.az

1Источники