RU

77 yaşlı milyarder ABŞ-ın Türkiyədək səfiri olacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasına daha bir milyarder qoşulub: Tomas Barak Türkiyədə səfir olacaq.

“Tom Barakın Türkiyədəki növbəti səfirimiz olacağını elan etməkdən məmnunam”, – Tramp deyib.

Tramp və Barakın çoxdankı dostluğu var. 2016-cı il prezidentlik kampaniyası zamanı Barak Trampın müşaviri vəzifəsində çalışıb. Bu gün iş adamının 77 yaşı var, 30 ilə yaxındır ki, o, təsis etdiyi özəl investisiya şirkətinə rəhbərlik edir. Barak ABŞ-ın 500 ən zəngin adamı siyahısına daxildir.
Qeyd edək ki, Trampın gələcək administrasiyasına artıq on amerikalı milyarder daxildir.

//Samir Qurbanov, Editor.az

Избранный
18
editor.az

1Источники