RU

Suriyanın yenilənməsi yalnız İRANI NARAHAT EDİR

Yazını böyüt
Yazını kiçilt

Dünyanın bir nömrəli müzakirə mövzusu Suriyadakı iqtidar dəyişikliyi və ölkədə sabah nələrin baş verəcəyinə dair gözləntilərdir. Niyə Suriya məsələsi dünya gündəmini zəbt edib, çünki əvvala, 61 ildir hakimiyyəti əlində saxlayan Əsəd ailəsi devrilib, ikincisi, uzun illərdir ABŞ-ın liderliyində Qərbin dəyişə bilmədiyi siyasi iqtidar bir neçə günün içində yerli silahlı müxalifət tərəfindən dəyişib, üçüncüsü İranın ən sadiq qalası yıxıldı, Rusiyanın Yaxın Şərqdə yeganə müttəfiqi taxtdan salındı.

Çoxları hələ də düşünür ki, Suriyada 13 ildir davam edən hərbi-siyasi qarşıdurmalar fonunda qeyri-müəyyənlik bundan sonar da qalacaq. Niyə, çünki hakimiyyəti nəzarətə götürmüş “Heyyətü Təhrir əş-Şam” (HTŞ) “Əl Qaida”nın şinelindən çıxıb, yəni terror təşkilatıdır və bir çox dövlətin terror təşkilatları siyahısındadır. Buna baxmayaraq, “Heyyətü Təhrir əş-Şam” paytaxt Dəməşqə ayaq basar-basmaz tamamilə dünyavi və bütün ölkələr tərəfindən heyrətlə qarşılanan bəyanat verdi. Bildirildi ki, “Suriyada bundan sonar dini-milli-etnik fərqlər olmayacaq, bütün süriyalılar bərabərhüquqludur və dövlətin hər bir sahəsində bərabər təmsil olunacaq”.

Bu arada, neçə illərdir İdlibdə Suriyanın əsas ana müxalifəti olaraq Əsəd hökumətinə qarşı mübarizə aparan adıçəkilən təşkilat həm də Türkiyə tərəindən sözün əsl mənasında dövlətçiliyə hazırlanıb – həm siyasi, həm də hərbi baxımdan. Nəticəsi də budur ki, artıq Böyük Britaniya və sair kimi Avropa ölkələri “Heyyətü Təhrir əş-Şam”ı terrorçu təşkilatların siyahısından çıxaracağını bildirib. Hətta Suriyada varlığı sapdan asılı qalan Rusiya beləSuriyanın yeni iqtidarı ilə yaxşı əlaqələr qurmaq istədiyinə dair müsajlar verir. Elə isə “Heyyətü Təhrir əş-Şam”ın qələbəsi kimi narahat edir? Cavab aydındır – İranı.

Bəşər Əsədin İran üçün kim olduğunu bilməyən yoxdur, onun zamanında Suriya az qala ikinci İranı xatırladırdı. Əsəd birmənalı şəkildə Tehrandan təlimat alırdı. İran bu ölkənin polisi, Rusiya isə sanki ordusu idi. İranla Suriya arasında yerləşən İraq zatən İranın çaldığını oynayıb Səddam Hüseyndən sonrakı dövrdə. Elə bu səbəbdən də Müqtəda əs-Sədri iqtidara yaxın buraxmadılar. Axı əs-Sədr şiə təşkilatının lideri olsa da, İranın diqtələrini qəbul etmir, İraqın müstəqil siyasət yürütməsini istəyirdi.

Suriyanın qərbində  -Aralıq dənizi sahilində yerləşən Livan da məhz İranın vuran qolu olan “Hizbullah” tərəfindən idarə olunub uzun zamandır. Vacib deyil ki, “Hizbullah” hakimiyyətdə olsun, zatən onlar dövlətə nəzarət edirlər. Suriyada şiələr az olsa da, druzları və xristian azlığı “sünnilərin böyük təhlükəsindən qorumaq adı altında” bu kəsimin təmsilçisi Əsəd vasitəsilə idarə edən İran burada hegemonluq edib. İsrailə qarşı da Suriyada yerləşdirilən SEPAH qüvvələri və Livandakı “Hizbullah” yaraqlıları əsas təhdidedici qüvvə sayılıb. Əgər İsrail İran əleyhinə nəsə edərdisə bu ölkələrdəki qüvvələr avtomatik dirçəlir və silahlı həmlələr edirdilər. Hansı ki, Əsəd devrilmədən öncəki müddətdə İsrail həm “Hizbullah”I, həm də Suriyadakı İran milislərini çox ciddi cəzalandırdı. Belə demək mümkündürsə, İsrail Suriyada (həm də Livanda) İranın qalalarını dağıtdığı üçün Əsəd bu günlərdə onu devirən müxalifətin hücumlarını dayandıra bilmədi. Məhz buna görə də İran Əsədi qoruya bilmədiyi üçün indi çox peşmandır. Elə İran XİN-in başçısı Abbas Əraqçinin dediyi kimi, “Suriya ordusunun qeyri-kafi olması inkişafların sürəti idi. Bəşər Əsəd də əməliyyatların icrasından şikayətlənirdi. Görünən odur ki, Suriya ordusu psixoloji olaraq bir döyüşə təslim oldu".

Əraqçi bildirib ki, Əsədlə son görüşlərində ordunu motivasiya etdiklərini, xalqla daha çox dialoqa və əməkdaşlığa getməyi məsləhət görüblər. Amma göründüyü kimi, İran çöpdən yapışan Əsədi boğulmaqdan qurtara bilməyib.

Əraqçi deyib ki, prosesləri yaxından izləyiblər, orada vətəndaş müharibəsinin başlamasından, ölkənin parçalanmasından və nəhayət İsrailin bu vəziyyətdən istifadə etməsindən narahatdırlar. Üstəlik, Əraqçı deyib ki, İranın Suriyanın yeni iqtidarı ilə münasibətləri onların Livan “Hizbullah”ına münasibətindən asılı olacaq. Göründüyü kimi, İran Əsədin gedişindən sarsılıb və heç olmaya son aylar İsrail tərəfindən öldürücü zərbələr alan “Hizbullah”ı ayaqda saxlamağa çalışır. Sual oluna bilər ki, Livanda “Hizbullah”ı yaşatmaq İranın nəyinə gərəkdir, cavabı sadədir: Türkiyə ilə Ərəb ölkələri arasında və ya sünni dünyasını ikiyə bölmək üçün “şiə divarını” qorumaq istəyirlər.

Əsədi devirərək hakimiyyətə gələn “Heyyətü Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Cövlani də İrana üstüaçıq ismarıcını göndərib. Əməvi Məscidində namaz zamanı elan edib ki, bundan sonra İran bu ölkədə məzhəblərarası qarışıqlıq yarada bilməyəcək. Yəni Suriya artıq özgürləşib və özü özünün ağasıdır…

Избранный
31
40
hafta.az

10Источники