RU

Keçmiş müdafiə naziri həbsxanada intihara cəhd etdi

Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yonq-Hun prezident Yun Seok-Yeolun hərbi vəziyyət tətbiq etmək cəhdi ilə bağlı qiyamda ittiham olunduqdan sonra saxlanıldığı Seulun şərqindəki təcridxanada intihara cəhd edib.

Bu barədə Cənubi Koreyanın İslah Xidmətinin baş komisarı Şin Yen He parlament dinləmələri zamanı bildirib. “Cənab Kimlə insidentimiz oldu… Hər şey baş verən kimi qapını sındırıb içəri girdik”, – He bildirib.

Fövqəladə vəziyyətdən sonra, əvvəllər Yuna kömək etmək ittihamı ilə həbs edilən Kim Yonq Hun qoruyucu kameraya köçürülüb, onun vəziyyəti stabil olaraq qalır, – Şin Yonq He əlavə edib.

//Samir Qurbanov, Editor.az

 

Избранный
33
editor.az

1Источники