RU

Suriyanın keçid prosesi 18 aya tamamlanacaq

Suriyada keçid prosesi 18 ay ərzində tamamlanmalı, yeni konstitusiyanın 6 aya hazır olması gözlənilir...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazıb.

"Proses 18 aya başa çatacaq", deyə nəşr qeyd edib.

Bildirilir ki, Suriyanın yeni hakimiyyət orqanları Dəməşqin müxalifət tərəfindən ələ keçirilməsindən sonra 6 ay ərzində yeni konstitusiya hazırlamaq niyyətindədir. Daha sonra sənəd referenduma çıxarılacaq.

Bundan əlavə, Suriyada BMT mütəxəssislərinin nəzarəti altında seçkilər keçiriləcək və hökuməti seçki prosesinin nəticələrinə əsasən ən böyük uğur qazanan partiya formalaşdıracaq.

Qeyd edək ki, noyabrın 28-də Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyi açıqlanıb. Hələb şəhərini tutan müxaliflər növbəti həftəyarım ərzində Homs, Həmanı işğal ələ keçiriblər və Suriyanın paytaxtı Dəməşqə yaxınlaşıblar. Bundan əlavə, Deyr əz-Zor şəhərini nəzarətə götürüblər.

Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin bitdiyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı postunu tərk etmək qərarına gəldiyini və "hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək" Suriyanı tərk etdiyini bildirib. Daha sonra Suriyanın eks-prezidentinin Moskvaya ailə üzvləri ilə gəldiyi məlum olub. Kreml bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Bəşər Əsədə sığınacaq verməyə şəxsən qərar verib.

Poliqon.info

Избранный
7
poliqon.info

1Источники