RU

Pulu götürmədi, obyekti gecə ilə sökdülər

Yeni Günəşlidə avtomobil təmiri obyektinin sahibi səhər işə gələndə obyektini yerində tapa bilməyib.

Milli.Az xəbər verir ki, şikayətçi iddia edir ki, obyektini tikinti şirkəti gecə saatlarında ərazidən götürüb. Bu hadisədən sonra ərazidəki digər obyekt sahibləri də narahat olublar.

Məsələ ilə bağlı tikinti işlərini həyata keçirən şirkətin rəhbəri bildirib ki, ərazidə işlər müvafiq sənədlərlə həyata keçirilir.

Şikayətçi Sənan Bünyadov bir müddət əvvəl ərazidə sex açmaq üçün icazə alıb, lakin işlər başlayandan sonra həmin şəxs ərazidən çıxmayıb. Qazıntı işləri isə avtomobil sexinin yaxınlığında aparıldığı üçün təhlükəsizlik qaydalarına əsasən, sex ərazidən götürülüb və sahibkara müəyyən məbləğdə pul təklif edilib. Lakin sahibkar bu təklifi qəbul etməyib. Şirkət və rayon rəhbərliyi vətəndaşı razı salmaq üçün danışıqları davam etdirəcək.

Aysel Əkbər
Milli.Az

Избранный
28
1
milli.az

2Источники