Türkiyədə Adıyamanın Besni rayonunda bir fəhlə maaş ala bilmədiyini iddia edərək, işlədiyi binanın damına çıxıb.
Medianews.az “Cumhuriyet”ə istinadən xəbər verir ki, kişi, hadisə yerinə gələn xilasetmə qrupları tərəfindən razı salınaraq damdan düşürülüb.
Xilasetmə, polis və sağlamlıq qrupları vəziyyəti görən vətəndaşlar tərəfindən çağırılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.