Suriyanın devrilmiş lideri Bəşər Əsədin qardaşı Mahir Əsədin sağ əli general Əli Mahmud Dəməşqdəki qərargahında ölü tapılıb. Suriyalı mülki şəxslərə i*gəncələrə rəhbərlik edən və minlərlə insanın ölümünə görə məsuliyyət daşıyan Əli Mahmudun cəsədinin yanında silah da tapılıb.
News24.az Haberler-ə istinadən xəbər verir ki, Bəşər Əsədin i*gəncə verənlərdən biri Telal Əl-Dakkak da yaxalanıb.
Əl-Dakkak suriyalı müxaliflərə i*gəncə verməklə, onları saxladığı şirlərə yedizdirməklə tanınırdı.
Qeyd edək ki, onun Həmadakı Üsyançılar Meydanında e*dam ediləcəyi açıqlanıb.
Günel Məlikzadə