RU

ABŞ-nin yardımı olmasa, Ukrayna nə qədər döyüşə bilər? – Mühüm AÇIQLAMA

ABŞ Ukraynaya hərbi yardımı dayandırarsa, Kiyev mövcud silahları ilə Rusiyanın hücumlarının qarşısını cəmi 6 ay ala biləcək.

 

7Times.az xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko İspaniyanın “Pais” qəzetinə müsahibəsində deyib.

 

“Düşünürəm ki, 2025-ci ilin birinci yarısının sonuna qədər müharibə aparmaq üçün kifayət qədər vəsaitimiz, silahımız, eləcə də kifayət qədər raket və artilleriya mərmilərimiz var”, – Ukrayna Maliyyə Nazirliyinin rəhbəri bildirib.

 

Marçenkonun sözlərinə görə, Kiyevə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə qarşılıqlı fəaliyyət üçün şərait yaratmaq planı lazımdır. Dekabrın 8-də ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya yeni təhlükəsizlik yardımı paketini açıqlayıb. Buraya döyüş sursatları, pilotsuz uçuş aparatları, həmçinin artilleriya sistemləri, tankların və zirehli texnikalara göstərilən texniki xidmətlər üçün avadanlıq və ehtiyat hissələri daxildir. Bu paketin dəyəri 725 milyon dollardır.

 

ABŞ tərəfinin məlumatına görə, paket çərçivəsində Ukraynaya “Stinger” raketləri, pilotsuz uçuş aparatları və HIMARS döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya sursatları, pilotsuz uçuş aparatları və s. veriləcək.

 

ABŞ bu yardımdan başqa, daha 20 milyard dollarlıq yardımın ayrılmasını nəzərdə tutur. Amma noyabrın sonunda “The Wall Street Journal” (WSJ) nəşrinin yazdığına görə, Bayden administrasiyası 2025-ci il yanvarın 20-də seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə qədər planlaşdırılan 20 milyard dollarlıq yardımın hamısını Kiyevə göndərməyə imkan tapmayacaq.

 

Dekabrın 4-də WSJ bir mənbəyə istinadən xəbər vermişdi ki, 2025-ci ildə Ukraynaya döyüş meydanında Rusiya ordusu ilə müharibə aparmaq üçün 126 milyard dollar lazımdır.

Sfera.az

 

Избранный
12
28
7times.az

10Источники