RU

Azərbaycanın xalis maliyyə aktivləri 1.4 mlrd. dollara yaxın artıb

2024-cü ilin 9 ayı üzrə Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard 390.9 milyon ABŞ dolları artıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (584 milyon ABŞ dolları), portfel investisiyaları (724.5 milyon ABŞ dolları) və digər investisiyalar (82.4 milyon ABŞ dolları) hesabına formalaşıb.

Qeyd edilib ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 milyard 179.6 milyon ABŞ dolları azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-235.6 milyon ABŞ dolları), neft bonusu (457.8 milyon ABŞ dolları), portfel investisiyaları (-960.6 milyon ABŞ dolları) və digər investisiyalar (-1 441.2 milyon ABŞ dolları) hesabına formalaşıb

Избранный
22
2
apa.az

4Источники