RU

Azərbaycan Suriyaya nə cür DƏSTƏK VERƏCƏK? – AÇIQLAMA + FOTO

Ötən gün Prezident İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edib. Söhbət zamanı dövlət başçıları Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Prezidentlər bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Azərbaycan Suriyaya nə cür DƏSTƏK VERƏCƏK? - <span style=color:red>AÇIQLAMA + FOTO

Prezidentlərin telefon danışığından sonra Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da bildirilib ki, ölkəmiz Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir. Rəsmi Bakı Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına umidvar olduğunu bəyan edib.

Maraqlıdır, Azərbaycan Suriya xalqının üzləşdiyi problemlərin həllinə hansı formada dəstək ola bilər? Söhbət konkret nələrdən gedir? Suriya məsələsində Azərbaycan Türkiyə ilə birlikdə addımlamaqla hansı dividendləri əldə edəcək?

Azərbaycan Suriyaya nə cür DƏSTƏK VERƏCƏK? - <span style=color:red>AÇIQLAMA + FOTO

Mövzu ilə bağlı Medianews.az-a danışan Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan dünyada və regionda baş verən hadisələrə yanaşmada daim beynəlxalq hüquq mövqeyindən çıxış edir.

Azərbaycan Suriyaya nə cür DƏSTƏK VERƏCƏK? - <span style=color:red>AÇIQLAMA + FOTO

Millət vəkilinin sözlərinə görə, dövlətlərin ərazi bütövlüyü məsələsinə münasibətdə də Azərbaycan məhz beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib: “Hazırda Yaxın Şərqdə baş verən hadisələr yeni bir mərhələyə qədəm qoymaqdadır. Çünki “Ərəb baharı” adı altında həyata keçirilən müxtəlif tipli siyasi proseslər Bəşər Əsədin hakimiyyətdən getməsi ilə bir növ sona çatmış oldu. Bu isə onu deməyə əsas verir ki, coğrafiya baxımından bizə də yaxın olan Yaxın Şərqdə yeni bir mərhələ başlayacaqdır. Şübhəsiz ki, Yaxın Şərqin ən mühüm aktorlarından biri qardaş Türkiyədir. Şübhəsiz ki, belə bir reallıqda Türkiyə ilə “Şuşa bəyannaməsi” imzalayan Azərbaycanın qardaş ölkə, strateji müttəfiqlə birlikdə hərək etmə zərurəti yaranır. Hesab edirəm ki, iki qardaş ölkənin prezidenlərinin həm Cənubi Qafqazla, həm də Yaxın Şərqlə bağlı məsələləri müzakirə etmələri, həmçinin birlikdə addım atmalarını əvvəlcədən bəyan etmələri Azərbaycan-Türkiyə münasibətlərinin tarixi, strateji xüsusiyyətlərindən irəli gəlir. Bu, yalnız dövlətlərarası münasibətlər kontekstindən qiymətləndirilərkən belə görünür. Amma məsələnin başqa bir tərəfi də var”.

Azərbaycan Suriyaya nə cür DƏSTƏK VERƏCƏK? - <span style=color:red>AÇIQLAMA + FOTO

Deputat H.Babaoğlu qeyd edib ki, Suriya, bütövlükdə Yaxın Şərq coğrafiyası həm də Azərbaycan türklərinin etno-mədəni coğrafiyası hesab edilə bilər: “Suriyada yaşayan türkmənlər özlərini milli, etnik və dil linqvistikası baxımından daha çox Azərbaycan xalqına yaxın hesab edirlər. Nəzərə alsaq ki, bu günə qədər Hələb şəhəri həm də Azərbaycan mədəniyyətinin vaxtilə bir növ təzahür ediyi coğrafiyalardan sayılıb. Suriya ərazisində yaşayan türkmənlər, kolanı türkləri, bayırbucaq türkmənləri bizimlə mənəvi bağlarını bu gün də qoparmamış, demoqrafik göstəricilərdir. Əlbəttə ki, belə olan halda Nəsiminin məzarını və yaxud mənəvi bağlarımız olan digər tarixi abidələri biz mütləq nəzarətdə saxlamağı milli borc bilməliyik. Eyni zamanda Yaxın Şərqin iki mühüm aktoru ilə Azərbaycanın çox yaxşı münasibətləri var. Bunlardan biri Türkiyədir. Ona görə mən düşünürəm ki, Suriyanın yenidən qurulmasında, istər mənəvi bağlarımızın bərpa olunmasında, istər əcdadlarımızdan bizə miras qalan mədəni, mənəvi dəyərlərimizə münasibətdə müxtəlif qərarlar qəbul etməkdə zərurət var. Azərbaycan da bu istiqamətdə addımlarını əlbəttə ki, qardaş Türkiyə ilə bərabər atacaqdır”.

Nailə QASIMOVA

Избранный
50
50
medianews.az

10Источники