RU

Rüfət Səfərov ona ABŞ Dövlət Departamentinin insan hüquqları müdafiəçisi mükafatının verilməsini yüksək qiymətləndirib

Hüquq müdafiəçisi Rüfət Səfərov insan hüquqlarının müdafiəsinə verdiyi töhfəyə görə ABŞ Dövlət Departamentinin onu mükafatlandırmasını yüksək qiymətləndirib.

“Mənə verilən mükafatı çox yüksək dəyərləndirirəm və mükafat üçün namizədliyimi verən ABŞ-ın Azərbaycandakı səfiri cənab Libbiyə və onun təqdimatını dəstəkləyən ABŞ Dövlət Departamentinin rəhbəri cənab Blinkenə öz təşəkkürümü bildirirəm. Təəsüf ki, rəsmi Bakı mənim həmin mükafatı şəxsən almağımın qarşısını almaq və hüquq müdafiəçiliyimə görə məni cəzalandırmaq məqsədi ilə məni həbs etdi”, -  Səfərovun bəyanatnda deyilir. Bəyanat hüquq müdafiəçisinin yaxınlarından daxil olub.

O fəxr edir ki, hüquq müdafiəçisi olaraq həmişə ümumbəşəri dəyərləri müdafiə edir, hökumətin bütün “iftira və təzyiqlərinə baxmayaraq”, yolundan dönmür.

“Əslində həbsimi də hökumətin hüquq müdafiəçiliyinə verdiyi mükafat kimi qəbul etmişəm. İnsan hüquqları heç bir ölkənin daxili işi deyil və bu, ümumbəşəri anlayışdır. İnsan hüquqları olmadan nəinki dövlət, heç cəmiyyət də var ola bilməz. Hər kəsi insan hüquqlarının müdafiəsində həmrəy olmağa səsləyirəm”,- Rüfət Səfərov qeyd edib.

Избранный
90
18
turan.az

10Источники