RU

Tramp ABŞ-ın Türkiyədəki səfirinin adını elan etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp investor Tomas Barakı Amerikanın Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib.

Modern.az xəbər verir ki, Tramp bu barədə özünün sosial şəbıkə səhifəsində yazıb.

“Tom Barakın Türkiyədəki növbəti səfirimiz olacağını elan etməkdən məmnunam. Tom üç onillik ərzində özəl kapital şirkətinə uğurla rəhbərlik edir”.

O, qeyd edib ki, Barak lazımi təcrübəyə malikdir və həm siyasi, həm də işgüzar dairələrdə hörmətə malikdir.

Tomas Barak “Colony Capital” investisiya firmasının qurucusu, Trampın yaxın dostu və onun inauqurasiya komitəsinin keçmiş sədridir. 2021-ci ilin yayında o, Trampın xarici siyasətinə təsir etmək və BƏƏ-nin maraqlarına lobbiçilik etməkdə ittiham olunub. 2022-ci ilin noyabrında məhkəmə Barakı bütün maddələr üzrə təqsirsiz hesab edib.

Избранный
6
5
modern.az

10Источники