Gələn ilin bayram günləri müəyyənləşib.
Modern.az xəbər verir ki, Baş nazirin Qərarına əsasən, gələn il martın 30 və 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri kimi müəyyən edilib.
31 mart həftənin bazar ertəsinə təsadüf etdiyi üçün 1 aprel tarixi də qeyri-iş günü olacaq.
Qərara əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib. İyunun 7-si şənbə gününə təsadüf etdiyi 9 iyun qeyri-iş günü olacaq.