RU

Fransada hicab qalmaqalı

Fransada aparılan bir araşdırma, hicablı tələbələrin peşə təhsili üzrə iş müraciətlərində digər qız tələbələrə nisbətən daha az müsbət cavab aldığını ortaya qoyub.

"Cebheinfo.az" xəbər verir ki, Fransanın Qustav-Eyfel Universitetinə bağlı Ali Təhsildə Ayrıseçkilik və Bərabərlik üzrə Milli Nəzarət Mərkəzi dekabrın 9-da ölkədə iş müraciətlərində hicablı müsəlman tələbələrin üzləşdiyi diskriminasiya ilə bağlı hesabatını dərc edib.

Hesabatda 2005-ci il təvəllüdlü mühasibatlıq birinci kurs tələbələrinin hicablı və hicabsız qız tələbələrinin peşə təhsili çərçivəsində 2 min şirkətə göndərilən 4 min müraciətə verilən cavablar araşdırılıb.

“Müraciətə müsbət cavab”, “müraciətə mənfi cavab” və “müraciət prosesinin davamı” kateqoriyalarında cavabların qiymətləndirildiyi araşdırmaya görə, hicablı tələbələr böyük ayrıseçkiliyə məruz qalıb.

Hicablı tələbələr peşə təhsili üzrə iş müraciətlərində digər qız tələbələrlə müqayisədə 81,4 faiz mənfi cavab alıblar.

Hicablı fransız tələbələrin yüzdə 2,46-sı peşə təhsili üçün iş müraciətlərindən müsbət cavab aldığı halda, hicabsız fransız qızlar üçün bu nisbət yüzdə 13,26 olub.

Məğrib əsilli qız tələbələr, fransız əsilli qız tələbələrlə müqayisədə peşə təhsili üzrə iş müraciətlərinə daha çox mənfi cavablar alıblar.

Məğrib əsilli hicablı tələbələrin müraciətlərinə müsbət reaksiya nisbəti yüzdə 1,19 olaraq qalarkən, eyni mənşəli hicabsız qız tələbələr üçün bu nisbət yüzdə 7,86-dır.

Araşdırma fransız və ya məğrib əsilli hər 3 hicablı tələbədən yalnız birinin müraciət prosesini davam etdirməyə qərar verdiyini ortaya qoyub.

Избранный
28
cebheinfo.az

1Источники