Lənkəranda evdə meyit aşkarlanıb.
Leqal.info xəbər verir ki, gecə saatlarında Lənkəran rayonunda evlərdən birində orta yaşlı qadının meyiti tapılıb.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Meyiti tapılan qadının rayonun Bürcəli kənd sakini 1974-cü il təvəllüdlü Səidə Səfərova olduğu müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта