RU

“Pirotexniki vasitələr insan sağlamlığına zərərli maddələrdən hazırlanıb” - Ekspert

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda qanunla pirotexniki vasitələrin mülki dövriyyədə istifadə olunması, satışı, ölkəyə gətirilməsi qadağandır. Pirotexniki vasitələr ölkəyə qeyri-qanuni gətirildiyindən onun keyfiyyətindən heç kim əmin ola bilməz. Bu cür vasitələr xaricdə istehsalçı şirkətdən tədarük olunarsa, bunun leqal gətirilməsi lazımdır. Ancaq pirotexniki vasitələri böyük istehsal müəssisələrindən deyil, haradasa kustar üsulla düzəldilən yerlərdən, sexlərdən aldıqları üçün texniki tərkibi haqqında sertifikatı, istifadə qaydaları barədə məlumatlar olmur”.

Bu sözləri Hafta.az-a təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev pirotexniki vasitələr haqda danışarkən deyib.

Ekspert bir daha insanları məsuliyyətli olmağa çağırıb. Onun sözlərinə görə, pirotexniki vasitələr insan sağlamlığına zərərli maddələrdən hazırlanıb: "Bu cür vasitələr ətraf mühit üçün də böyük təhlükə yaradır. Həmin vasitənin içində normadan artıq partlayıcı maddə ola bilər. Bu da insanın üzünü, əl-ayağını yandıra bilər. Bu vasitələrin texniki göstəriciləri barədə üzərində heç bir məlumat yoxdur. Ən pisi isə insanlar bu vasitələri alıb bir müddət evdə də saxlayırlar. Nəzərə almaq lazımdır ki, pirotexniki vasitələrin içərisindəki barıt, hətta Günəş süaları nəticəsinə öz-özünə alışa da bilər. Bu da ailə üzvləri üçün faciə ilə nəticələnə bilər. Ona görə də bu cür vasitələrdən istifadə etmək təhlükəlidir. Bunu istifadə edən şəxslər də bilməlidir ki, pirotexniki vasitələri əldə etmək, onu saxlamaq, insanların kütləvi cəmləşdiyi, azyaşlı uşaqların olduğu, qapalı məkanda istifadə etmək yolverilməzdir”.

Elmar Nurəliyev deyib ki, partlayış zaman tüstüdən zəhərlənmə halları baş verə, həmçinin gözün görmə, qulağın eşitmə qabiliyyətinin pozulmasına gətirib çıxara, yanğın riski yarada bilər. Xüsusən də azyaşlı uşaqlar bundan bayramlarda daha çox istifadə edirlər. Pirotexniki vasitələrdən istifadənin təhlükəli olduğunu valideynlər də uşaqlarına izah etməlidirlər.

Избранный
35
2
hafta.az

3Источники